One more branch was added to the list of AzETA branches. AzETA launched its tenth branch in Samux on 3 November 2018. Aida Elyazova was appointed the Branch Manager.

The opening ceremony was organized at the Heydar Aliyev Centre of Samukh Town. Aida Elyazova welcomed the guests and talked about AzETA’s role in her professional development. As she thought that to have AzETA branch in Samukh would be useful for local teachers, she approached AzETA Head Office with the request of launching a branch in Samukh. Considering her as one

of the leading teachers of the region who actively participated at AzETA Ganja Branch events, AzETA Executive Board approved her request to launch a branch in Samukh.

Mrs Aynura of Samukh Region Education Department made opening remarks and congratulated AzETA and newly established Samukh Branch, wished best of luck to the work of the Branch and promised to continue their support the teachers.

Mrs Gulseba Abbasova, Director of Institut District School of Samukh Region, had opening remarks and said that she had always paid tribute to AzETA’s work, followed its activities, emphasized its role in professional development of teachers, in particular, of English teachers. She congratulated Samukh Branch and wished best of luck to its future activities.

Mrs Ragsana Mammadov,a AzETA Founder and President made opening remarks. She talked about AzETA’s activities, its branches, its role in professional development of teachers, contribution to the reforms of the Ministry of Education. She thanked Samuxh Region Executive Power, Education Department for creating an opportunity for establishing AzETA branch in Samukh and for continuous support to teachers. She also thanked her colleagues for their selfless support to and volunteer work for AzETA for many years and welcomed new members to AzETA and wished best of luck to all her colleagues.

Representatives of AzETA Branches in the neighbouring regions also congratulated Samukh Branch. Saadet Hasanova, AzETA Goygol Branch Manager, Raifa Veliyeva, AzETA Ganja Branch Management Team member gave short information about their activities and congratulated and welcomed Samukh teachers to AzETA family, mentioned directions of co-operation. Vusala Mehtiyeva, AzETA member from Shemkir also congratulated her peers, mentioned how she was encouraged to launch an AzETA branch in her region. She said she would discuss it with her peers in Shemkir and would approach Shemkir Region Education Department to discuss the possibilities of establishing an AzETA branch in Shemkir.

Mrs Qamar Rustamova, AzETA Executive Board member, AzETA Branch Managers’ Co-ordinator also made opening remarks, talked about AzETA’s role in professional development of teachers, establishing friendship bridge among teachers from different regions, uniting efforts around one goal to contribute to the development of education in Azerbaijan.

At the end of the opening ceremony, students from Samux schools made a short performance from famous fairy-tale of “Cinderella”.

After the tea break, Ragsana Mammadova gave a presentation titled “Communication and Empathy” where she talked about the importance on effective communication, quality listening and benefit of empathy in the family, at school and in the society.

At the end the participants had a family photo.

 


Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin filialları sırasına daha bir filial da əlavə olundu. AzETA 3 noyabr 2018-ci ildə özünün onuncu filialını Samux rayonunda açdı. Aida Elyazova filiala rəhbər təyin edildi.

Filialın açılış mərasimi Samux şəhər Heydər Əliyev Mərkəzində təşkil edildi. Açılış üçün qonaqları salamlayan Aida Elyazova ilk öncə bir müəllim kimi, AzETA-nın onun peşəkar fəaliyyətindəki rolundan danışaraq, belə bir təşkilatın filialının Samux rayonunun müəllimləri üçün də faydalı olacağı üçün rayonda filial açmaq məqsədilə, AzETA Baş ofisinə müraciət etmişdir. Onun AzETA-nın Gəncə filialındakı fəallığını, eləcə də, Samuxun qabaqcıl müəllimlərindən biri olduğunu nəzərə alaraq, AzETA İdarə Heyəti onun bu müraciətini müsbət qəbul edərək, Samuxda AzETA filialının yaradılmasına razılıq vermişdir.

Açılış mərasimində çıxış edən Samux Rayon təhsil şöbəsinin nümayəndəsi Aynurə xanım AzETA-ya, onun yeni yaradılan Samux filialını təbrik edərək, gələcək işlərində uğur arzuladı, müəllimlərə hər zaman dəstək olacağını bildirdi.

Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru Gülsəba Abbasova çıxış edərək, AzETA-nın fəaliyyətini təqdir etdiyini, təşkilatın fəaliyyətini daim izlədiyini və onun müəllimlərin, xüsusilə də, ingilis dili müəllimlərinin peşəkar inkişafındakı rolunu vurğulayaraq, təşkilatı və Samux filialını təbrik edərək, uğurlar dilədi.

Sonra AzETA-nın təsisçisi və prezidenti Rəqsanə Məmmədova çıxış edərək, AzETA, onun filialları, müəllimlərin peşəkarlığının artırılmasında rolu, Təhsil nazirliyinin həyata keçirdiyi islahatlara dəstəyi barədə danışaraq, Samux rayon rəhbərliyinə, təhsil şöbəsinə AzETA-nın Samux filialının təsis edilməsinə şərait yaratdıqları, müəllimlərə daim dəstək olduqları üçün təşəkkür etdi. O, eləcə də, bu təşkilatın işini uzun illərdən bəri könüllülük prinsipi əsasında həyata keçirən və bu işə yeni qoşulan həmkarlarına fədakarlıqları üçün təşkkür edərək, filialın işinə və həmkarlarına uğurlar dilədi.

Sonra AzETA-nın açılış mərasimində təmsil olunan filiallarının təmsilçiləri, AzETA Göygöl filialının rəhbəri Səadət Həsənova, AzETA Gəncə filialı idarə heyətinin üzvü Rayifə Vəliyeva iştirakçılaı qısa olaraq, öz fəaliyyətləri ilə tanış etdi, Samux müəllimlərini filial yaradaraq, AzETA ailəsinə qoşulmaları münasibətilə təbrik edərək, birlikdə əməkdaşlıq istiqamətlərinə toxundular. AzETA-nın Şəmkirdən olan üzvü Vüsalə Mustafayeva da çıxış edərək, bütün həmkarlarını təbrik etdi, bu tədbirin onun ilhamlandırdığını, uzun illərdir arzusunda olduğu AzETA Şəmkir filialının yaradılması barədə Şəmkir rayonu müəllimləri ilə müzakirə edərək, rayon təhsil şöbəsinə müraciət edəcəklərini bildirdi.

Tədbirdə iştirak edən AzETA İdarə heyətinin üzvü, AzETA filial rəhbərlərinin əlaqələndiricisi Qəmər Rüstəmova da müəllimlərin peşəkarlığının artırılmasında eləcə də, müəllimlər arasında dostluq körpülərinin qurulması, Azərbaycanın müxtəlif rayonlarından olan AzETA üzvlərinin bir məqsəd uğrunda birləşərək, təhsilimizin inkişafına verdikləri töhvələrdən danışdı.

Mərasimin sonunda Samux məktəbliləri “Cindirella” tamaşasından bir fraqmenti ifa etdi.

Çay fasiləsindən sonra Rəqsanə Məmmədova “Ünsiyyət və empatiya” mövzusunda təqdimat verərək, istər ailədə, istər məktəbdə, istərsə də, cəmiyyətdə səmərli ünsiyyət qura bilmənin, keyfiyyətli dinləmənin və özünü başqasının yerinə qoya bilmə – empatiya bacarığının faydalarından danışdı.

Sonda iştirakçılar xatirə foto-şəkil çəkdirdi.