Qazax Branch members held their first meeting of the 2018-2019 school year on 8 September 2018.

As AzETA works closely with non-English teachers, too, teachers of different subjects join AzETA to share their experiences, to learn new skills, to develop professionally and empower further. Thus, Mrs Seadet, Biology teacher, who is also Honorary Teacher of Azerbaijan, gave a demo lesson where the participants discussed teaching ecology. After the lesson the participants reflected on their own participation at the demo lesson and gave feedback to the teacher. All the participants highlighted the importance of organising demo lessons and decided to organise demo lessons to improve their teaching.
========================================================
Qazax filialının üzvləri 2018-2019-cu tədris ilinin ilk iclasını 8 sentyabrda keçirdi.
AzETA qeyri-ingilis dili müəllimləri ilə də yaxından əməkdaşlıq etdiyi üçün bilik-bacarıq və təcrübələrini müzakirə etmək, yeni bacarıqlar əldə etmək, peşəkarlıqlarını inkişaf etdirmək məqsədilə, digər fənn müəllimləri də AzETA-a üzv olur. Belə müəllimlərdən biri, Qazax rayonunun tanınmış biologiya müəllimi, Əməkdar müəllim Səadət müəllimədir. O, ətraf mühitin tədrisinə dair dərs nümunəsi göstərərək, iştirakçılara inteqrativ təlimin əhəmiyyətini dərk etmək fürsəti verdi. Dərsin sonunda iştirakçılar dərsdəki iştiraklarını qiymətləndirməklə yanaşı, dərsin gedişi ilə bağlı fikirlərini də bildirdilər. İştirakçılar nümunə dərslərin təşkilinin əhəmiyyətini vurğulayaraq, peşəkarlıqlarının artırılması üçün belə dərslərin mütəmadi keçirilməsini tövsiyə etdi.