Qazax ingilis dili müəllimləri bir araya gələrək, 21 iyul 2018-ci ildə AzETA-nın Qazax Filialının təsis iclasını keçirdi.

Qazax rayon Təhsil şöbəsinin təşkilati dəstəyi ilə Filialın ofisi Qazax şəhər 3 saylı tam orta məktəbdə fəaliyyətə başladı. Təsis iclasında 15 nəfər ingilis dili müəllimi iştirak edərək, Tahirə Xasməmmədovanı filialın rəhbəri seçdi. Təşkilata üzvlükdən sonra Tahirə Xasməmmədova iştirakçılara AzETA, onun məramı və məqsədi, fəaliyyəti ilə iştirakçıları tanış etdi.
Sonra iştirakçılar empatiya, onun faydaları barədə müzakirələr və fikir mübadiləsi apardı.
Filial üzvləri 2018-2019-cu tədris ili üçün Filialın fəaliyyət planını müzakirə edərək, yeni tədris ilindən etibarən hər şənbə günü görüşərək, müxtəlif mövzularda fikir mübadiləsi aparmağa, bilik və təcrübələrini bölüşməyə, təlim və seminar keçirməyə dair razılıq əldə etdilər.
Azərbaycan İngilis Dili Müəllimləri Birliyi təşkilatımızın Qazax filialının yaradılmasında əvəzsiz rolu olan və müəllimlərə daim dəstək olaraq, onları daha yaxşı işlərə həvəsləndirən Qazax rayon İcra başçısı cənab Rəcəb Babaşova dərin təşəkkürünü bildirir.

======================================================

English teachers of Qazax region came together on 21 July 2018 and established AzETA Qazax Branch.
With the organisational support of Qazax Region Education Department, the office of the Branch was decided to be located at Complete School #3 of Qazax town. 15 English teachers participated at the founding meeting. The participants elected Tahira Xasmammadova as the Branch Manager. After the participants joined AzETA, Tahira Xasmammadova gave a talk about AzETA, its mission and vision, its past, present and activities.
After the meeting, the participants had a discussion about empathy and exchanged views.
The members of the Branch discussed the Action Plan for 2018-2019 school year, decided to meet every Saturday to organise discussions, share views and news, organise workshops, seminars, etc.
AzETA acknowledges Mr Rajab Babashov, Head of Qazax Region Executive Power for his great role in establishing AzETA Branch in Qazax and for his unbending support to the teachers of the region to motivate them for better teaching.