AzETA held its 13th Conference on 23-24 June 2018 at the premises of Dunya School of Khazar University. More than 180 teachers, educators and education managers from, almost, all over Azerbaijan, as well as, from Kazakhstan, North Cyprus, UK and US attended the Conference.

At the opening ceremony of the Conference Ragsana Mammadova, AzETA Founder and President, John Silver, Regional English Language Officer of the US Embassy in Kyiv, Elizabeth White, Country Director of British Council, Dr Gilinjkhan Bayramov, Associate Professor of Azerbaijan University of Languages, Graeme Pollock, Director of Azerbaijan Teacher Developmetn Centre made opening remarks on English language teaching, 21st century education and AzETA’s role in Azerbaijan education.

John Silver and Simon Etherton, Head of English, British Council, Ukraine gave plenary talks on 23 June. Ragsana Mammadova gave a plenary talk titled “Communication and Empathy” on 24 June.

26 presenters gave presentations on different topics.

At the end of Day 1 AzETA Branches had an entertainment programme which was warmly welcomed and accepted by admiration for the talent and skills of the teachers by the Conference participants.

Before the official closing of the Conference on 24 June, Dr Javanshir Shibliyev, Associate Professor of Eastern Mediterranean University of North Cyprus made a promotional presentation on the University where he informed the participants on different education programmes offered to international students and answered questions of the participants.

At the closing ceremony first time participants of the Conference shared their impressions calling AzETA a family, a school. A school director from Goygol described the two-day conference as a “party of sayings”.

See you at the next Conferences, dear colleagues!

=======================================================

AzETA 23-24 iyun 2018-ci il tarixdə Xəzər Universitetinin Dünya Məktəbində özünün XIII Beynəlxalq konfransını təşkil etdi. Konfransda Azərbaycanın əksər bölgələri, eləcə də, ABŞ, Böyük Britaniya, Qazaxstan və Şimali Kipr də daxil olmaqla, 180-dən artıq müəllim, təhsil mütəxəssisi və təhsil idarəçisi iştirak edirdi.

Konfransın açılış mərasimində AzETA-nın təsisçisi və prezidenti Rəqsanə Məmmədova, ABŞ-ın Ukraynadakı səfirliyinin Regional İngilis dili proqramları departamentinin rəhbəri Con Silver, British Council təşkilatının Azərbaycan ofisinin rəhbəri Elizabet Vayt, Azərbaycan Dillər Universitetinin dosenti doktor Qılıncxan Bayramov və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin direktoru Qrem Pollok çıxış edərək, ingilis dilinin tədrisi, XXI əsr təhsili və Azərbaycan təhsilində AzETA-nın roluna dair açılış nitqi söylədi.

23 iyun tarixində Con Silver və British Council Kiyev ofisinin İngilis dili proqramlarının rəhbəri Saymon Etherton, 24 iyunda isə Rəqsanə Məmmədova plenar məruzə etdilər.

Konfransda 26 iştirakçı müxtəlif mövzularda təqdimatlar verdi. Konfransın birinci gününün sonunda AzETA filialları öz əyləncəli proqramları ilə konfrans iştirakçılarının böyük alqışını qazandı və müəllimlərin istedad və bacarıqlarına hər kəs heyran qaldı.

24 iyun tarixində konfransın rəsmi bağlanışından əvvəl Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz universitetinin dosenti doktor Cavanşir Şibliyev universitet, orda təhsil barədə məlumat verdi, iştirakçıların suallarına cavab verdi.

Konfransın bağlanışında konfransa ilk dəfə qatılan iştirakçılar öz təəssüratlarını bölüşdü, AzETA-nı məktəb, ailə adlandıraraq, Göygöldən olan bir məktəb direktoru iki günlük konfransı “kəlam qonaqlığı” adlandırdı.

 

Növbəti konfanslarda görüşənədək, əziz həmkarlar!